Dünya

Türkiyədə ağır yol qəzasında 18 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 18 nəfər yaralanıb

Türkiyənin Balıkesir şəhərində ağır yol qəzası verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Kepsut rayonunda baş verib.

Belə ki, mikroavtobusla avtomobil toqquşub.

Qəza nəticəsində 18 nəfər yaralanıb, iki nəfər ölüb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi məlum deyil.

NE
Nihadə Eyyubova