Türkiyə ABŞ-ni Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.
Oxu.Az"TRT" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın bu ölkədə fəaliyyət göstərməsinə icazə verməyəcək.
"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırmışıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik", - o bildirib.


