Dünya

Kadırov Hüseynin toyunda tamadalıq edəcəyinə söz verdi

Kadırov Hüseynin toyunda tamadalıq edəcəyinə söz verdi

Rusiyada məşhurlaşan azərbaycanlı blogerHüseyn Həsənov Çeçenistana yollanıb.

Axşam.az xəbər verir ki,bloger instaqram səhifəsindəÇeçenistan rəhbəri Ramzan Kadırovla bir araya gəlib. Onlar birgədağlıq əraziyə gediblər.

AvtomobiliKadırov özü idarə edib.

Hüseyntezliklə Qroznıda toy edəcəyini vurğulayıb:

"Biz razılığa gəldik ki, toyumu tezliklə Qroznıda edəcəyəm. Hamını da toyuma dəvət edirəm".

Kadırov isə Hüseynin bu sözlərinə belə reaksiya verib:

"Əgər tamada mən olacağamsa, toy möhtəşəm keçəcək. Əl sıxdıqsa, demək bu çox ciddi məsələdir. Tezliklə bu toyun olacağını gözləyirik".

NE
Nihadə Eyyubova