Kolumbiyada məktəb avtobusununsürücüsü 7 yaşlı qızı qaçıraraq 12 il evində saxlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Daily Staryazır.
Carlos Humberto Grisales Higita bu həftə Kolumbiya polisi tərəfindən azyaşlıya təcavüz etmək, uşaq pornoqrafiyası hazırlamaq və 2012-ci ildə məktəbli qızı qaçırmaq ittihamı ilə həbs edilib.
Bu ilin fevralında o, əzab verənin əlindən qaça bilib. Cinayətkar bütün bu müddət ərzində qurbanı iki evdəgizlədib. Onun məktəbə getməsinə və ya ictimaiyyətə görünməsinə icazə verməyib. Kişi belə davranışın normal olduğuna inandırmaq üçün onu psixoloji və cinsi istismara məruz qoyub.
İlkin dinləmə zamanı Hiqita prokurorların irəli sürdüyü ittihamlarla razılaşmayıb. İstintaq davam edir.
Əfsanə Kamal Demokrat.az


