Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkidə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.
Oxu.AzTASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici və ya ümumi siyahının 71,52 faizi səs verib.
Qeyd edək ki, parlament seçkisi baş tutmuş hesab olunur.
İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.


