Dünya

Türkiyədə terror: 4 ölü, 14 yaralı

Türkiyədə terror: 4 ölü, 14 yaralı

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Demokrat.az xəbər verir ki, bu barədə o, Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Türkiyənin daxili işlər naziri yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.

***18:59

Türkiyədə baş verən terror hücumunda 3 nəfər həlak olub.

Demokrat.azxəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, hücumda 14 nəfər yaralanıb.

Terrorçulardan ikisinin zərərsizləşdirildiyi bildirilir.

NE
Nihadə Eyyubova