Dünya

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşdı: 2 ölü, 13 yaralı

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşdı: 2 ölü, 13 yaralı

Türkiyənin Karaman bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb, nəticədə 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Demokrat.az TRT Haber-ə istinadən xəbər verir ki, qəza səhər saatlarında baş verib.

Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Yaralılar təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

D
demokrat.az