Dünya Özəl

Hindistanda festival zamanı 43 nəfər öldü

Hindistanda festival zamanı 43 nəfər öldü

Hindistanda Hindu Citiya Parv festivalı zamanı 37-i uşaq olmaqla 43 nəfər suda boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.

Məlumata görə, hadisələr Bihar əyalətinin bir neçə rayonunda insanların çaylarda və göllərdə ritual vanna qəbul etməsi zamanı baş verib.

Qeyd olunub ki, festival zamanı leysan yağışları səbəbindən çay və göllərin səviyyəsi artıb.

Bildirilir ki, 3 nəfərin meyiti hələ də sudan çıxarılmayıb.

Axtarışlar davam etdirilir.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova