ABŞ İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün 8,7 milyard dollarlıq yardım paketi ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, paketə 3,5 milyard dollar müharibə təchizatı üçün, 5,2 milyard dollar isə Dəmir Günbəz raketdən müdafiə sistemi və qabaqcıl lazer sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub.
Mehriban Mirzəzadə Demokrat.az


