Dünya

Suriyada iki türk əsgəri şəhid oldu

Suriyada iki türk əsgəri şəhid oldu

SuriyanınMenbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.

Demokrat.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.

D
demokrat.az