Dünya Özəl

Bu ölkə Ukraynaya daha 17 IRIS-T zenit-raket kompleksi göndərir

Bu ölkə Ukraynaya daha 17 IRIS-T zenit-raket kompleksi göndərir

Almaniya Ukraynaya daha 17 ədəd IRIS-T zenit-raket kompleksi tədarük etmək niyyətindədir.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsa məlumat yayıb.

“Şolts hava hücumundan müdafiə sisteminin Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsini qəbul edib, daha beş belə qurğunun sifarişini təsdiqləyib və əlavə 17 qurğunun Ukrayna üçün nəzərdə tutulduğunu qeyd edib”, - deyə məlumatda bildirib.

O bildirib ki, dörd qurğu Kiyevə ilin sonunadək, qalanları isə 2025-ci ildən etibarən göndəriləcək.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova