Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
“Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər”, - deyə o bildirib.
Zadranın sözlərinə görə, polis hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparır.
Mehriban Mirzəzadə Demokrat.az


