Dünya Özəl

Almaniyada müdafiə zavodunda güclü partlayış oldu

Almaniyada müdafiə zavodunda güclü partlayış oldu

Almaniyada partlayıcı maddələrin istehsal olunduğu müdafiə zavodunda partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Troisdorfda (Şimali Reyn-Vestfaliya) baş verib və iki işçi ağır yaralanıb.

Bildirilir ki, hadisə yerində xilasedici helikopterlər, polis əməkdaşları və yanğınsöndürmə briqadası cəlb olunub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova