Dünya Özəl

Məhkəmə Maskı hədələdi : 24 saat vaxtınız var

Məhkəmə Maskı hədələdi : 24 saat vaxtınız var

Braziliya Ali Məhkəməsi sosial media platformasına giriş qadağası tətbiq ediləcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Ali Məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

Braziliyada Ali Məhkəmə X-dən keçmiş prezident Jair Bolsonaro-ya qarşı “çevriliş cəhdi” istintaqı ilə bağlı bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib.

Mask məhkəmənin tələbini yerinə yetirməyib və X-in Braziliyadakı ofisini bağlayıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova