İsrailin İordan çayının qərb sahilində başlatdığı hərbi əməliyyatdan sonra Çin İsraili gərginliyi artırmaqdan çəkinməyə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien deyib.
"Fələstindəki vəziyyəti yaxından izləyirik. Çin gərginliyi artıran hərəkətlərə qarşıdır və mülki şəxslərə qarşı hər cür hücumu pisləyir”,- deyə o qeyd edib.
Lin bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.
Mehriban Mirzəzadə Demokrat.az


