“Sülh içində yaşamaq üçün Avropaya yeni sülh müqaviləsi lazımdır”.
Demokrat.az xəbər verir ki, bunu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Avropanın sülh şəraitində yaşaması üçün də bizə yeni sülh müqaviləsi lazımdır. Belə demək mümkünsə, bizə yeni dünya lazımdır”, - deyə o qeyd edib.
Prezident əlavə edib ki, Avropa ölkələrinin öz xalqlarının maraqlarından çıxış edən güclü liderləri olmalıdır.
Belarus dövlətinin başçısı bununla bağlı əlavə edib ki, xüsusilə təhlükəsizlik məsələlərində Belarus və Vatikanın rəhbərliyinin fikirləri praktiki olaraq üst-üstə düşür.
Mehriban Mirzəzadə Demokrat.az


