Taylandın şimal əyalətlərində həftələrdir artan musson yağışları çox sayda çayın daşmasına və yüzlərlə kənddə daşqınlara səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə Tayland Fəlakətin Qarşısının Alınması İdarəsi (DDPM) tərəfindən edilən açıqlamada bildirilib.
Məlumata görə, daşqın nəticəsində ən azı 5 nəfərin öldüyü, 32 nəfərin yaralandığı qeyd edilib.
Bildirilir ki, 7 əyalətdə 541 kənd və 12 min 777 ailənin seldən zərər çəkdiyi, yağışların ayın sonuna qədər davam edəcəyi vurğulanıb.
Tayland ordusu və polis bölmələrinin də yardım və axtarış-xilasetmə işlərində iştirak etdiyi Chiang Rai, Lampang, Phayao, Nan, Phrae, Petchabun və Udon Thani əyalətlərindəki bir çox kəndə yol nəqliyyatı bağlansa da, yardım qayıqlar və helikopterlər vasitəsilə həyata keçirilməyə davam edir.
Mehriban Mirzəzadə Demokrat.az


