Yaxın həftələrdə Mərkəzi Asiya ölkələrində regionda sabitliyin qorunmasına yönəlmiş bir sıra hərbi təlimlər keçiriləcək.
Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.
O bildirib ki, Rusiya Avrasiya məkanında sabitliyin qorunmasına cavabdeh olan hərbi-siyasi ittifaqların potensialını gücləndirmək üçün səylərini davam etdirir:
“Xüsusilə Əfqanıstandakı vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiya regionunda sabitliyin qorunması məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində silsilə hərbi təlimlərin keçirilməsi planlaşdırılır”, - M.Aqasandyan vurğulayıb.
Mehriban Mirzəzadə Demokrat.az


