Gündəm Özəl

"Əgər Azərbaycanda oğurluqların sayı çoxalıbsa, bunu birbaşa yoxsulluqla əlaqələndirmək yanlışdır"

Əgər Azərbaycanda oğurluqların sayı çoxalıbsa, bunu birbaşa yoxsulluqla əlaqələndirmək yanlışdır

Oğurluqların səbəbi təkcə cəmiyyətdə yoxsulluğun artması ilə əlaqəli deyil. Bəzən ola bilər ki, bir cəmiyyətdə hər hansı bir mənfi institut formalaşıb. Məsələn oğurluq institutu. Bu mənfi cinayət institutudur və yaxud yalan danışmaq.

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib. O bildirib ki, oğurluğu hansısa bir çatışmazlıqla əlaqələndirmək yanlışdır:

Əgər Azərbaycanda oğurluqların sayı çoxalıbsa, bunu birbaşa yoxsulluqla əlaqələndirmək yanlışdır

“ Yəni bəzən ola bilər ki, varlı cəmiyyətdə oğurluq halları çox olsun, ya da əksinə, kasıb cəmiyyətdə də oğurluq sayları az olsun. Yəni bir kasıb cəmiyyət oğurluğu özünə yaraşdırmır. Nə qədər yoxsul olsa da. Ona görə bu barədə diqqətli olmalıyıq. Əgər Azərbaycanda oğurluqların sayı çoxalıbsa, bunu birbaşa yoxsulluqla əlaqələndirmək yanlışdır. Bəs nə ilə əlaqələndirmək olar? Bunu mədəniyyətlə, kültürlə, mədəni institutlarla əlaqələndirməliyik. Əgər bir cəmiyyətdə mənəvi tənəzzül varsa, o cəmiyyətdə oğurluqların sayı da çoxalır. Ola bilər həmin cəmiyyət ən varlı cəmiyyət olsun”.

Sosioloq onu da qeyd edib ki, əgər Azərbaycanda çoxalma halı varsa, bunun qarşısını almağın iki yolu var:

“Bu, təəssüf doğurur və bunun qarşısını almaq üçün bizim iki yolumuz var. Bir qanunların sərtləşdirilməsi, iki mənəvi təbliğat.

İnsanların mənəviyyatı yüksək olarsa, onlar heç vaxt oğurluq etməz, oğurluq mənəviyyatsızlığın məhsuludur. Oğurluq, əxlaqsız, ab, havanın hakim olduğu cəmiyyətlərdə çoxalır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova