Moskva hostelində axtarışlar aparılır, 400-ə yaxın əcnəbi yoxlanılır.
Demokrat.azBAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahının teleqram kanalında məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın cənub-qərbində yerləşən yataqxanada axtarışlar aparıb, 400-ə yaxın əcnəbi miqrasiya qanunlarına uyğunluğu yoxlanılır.
Ekstremist icmanın təşkili ilə bağlı aparılan cinayət işi çərçivəsində Novatorov küçəsində yerləşən “Üç Ulduz” MMC-nin yataqxanasında miqrasiya qanunvericiliyinin pozulması barədə məlumat əldə olunub. Avqustun 9-da Moskva müstəntiqləri əməliyyat xidmətləri ilə birlikdə Rusiya Qvardiyasının hərbi dəstəyi ilə bu yataqxanada axtarış aparıblar.
“Obyektdə 441 nəfər müəyyən edilib, onlardan 391-i xarici ölkə vətəndaşıdır. Həmin şəxslər Moskva ərazisində miqrasiya qanunvericiliyinin, eləcə də digər hüquqpozmaların törədilməsinin mümkünlüyünü yoxlamaq üçün hüquq-mühafizə orqanlarına təhvil verilir”, - deyə məlumatda bildirilir.


