Almaniyalı deputat Yorq Dornaunun Belarusda soğan biznesi olduğu aşkarlanıb.
Demokrat.az "Welt" qəzetinə istinadən xəbər verir ki, 53 yaşlı Yorq Dornau Almaniya üçün Alternativ Partiyasından Saksoniya Landtaqının üzvüdür.
Məlum olub ki, o, 2020-ci ilin oktyabr ayından Belarusdakı "Tsibulka-Bel" MMC kənd təsərrüfatı müəssisəsinin ortaq sahibi və direktorudur. Belarus dilində "cibulya" adlanan soğan yetişdirir. Şirkət Polşa və Litva yaxınlığında ölkənin sərhəd bölgəsində bir neçə yüz hektar sahədə istehsalla məşğuldur.
Siyasətçi şirkəti Almaniya hakimiyyətindən gizlədib. Almaniyada o, yalnız Saksoniyanın Borna şəhərində kənd təsərrüfatı şirkətinin sahibi kimi tanınır.
Qalmaqaldan sonra Yorq Dornau Belarusda soğan biznesi ilə məşğul olduğunu etiraf edib. Saksoniya Landtaqı onu bu barədə məlumatları gizlətdiyinə görə 20 862 avro cərimə edib.
Jalə Demokrat.az


