Dünya

Ukrayna PUA-larla Lipetskə hücum etdi: Hərbi aerodromda yanğın baş verib

Ukrayna PUA-larla Lipetskə hücum etdi: Hərbi aerodromda yanğın baş verib

Rusiyanın Lipetsk vilayətindəki hərbi aerodromda yanğın baş verib

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avqustun 9-na keçən gecə Lipetsk vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Pilotsuz təyyarələrin hücumu nəticəsində yanğın baş verib. Buna qədər bölgəyə düşən pilotsuz uçuş aparatlarından (PUA) biri enerji infrastrukturu obyektinə ziyan vurub. Hadisə nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

NE
Nihadə Eyyubova