Nigeriyada QHT-lərin çağırışı ilə benzinə verilən subsidiyaların aradan qaldırılmasından sonra yaşayış dəyərinin artmasına qarşı etirazlar keçirilib.
Demokrat.az xəbər verir ki, etirazlar zamanı 17 nəfər həyatını itirib, 300-dən çox insan saxlanılıb.
Dünən baş verən zorakılıqdan sonra bu gün mağazalar, banklar, ticarət mərkəzləri və bəzi marketlər açılmayıb.
Nigeriya Prezidenti Bola Əhməd Tinubu 29 may 2023-cü ildə neft məhsullarına verilən subsidiyanı ləğv etdi. Qərardan sonra ölkədə yanacağın qiyməti qalxıb. Litri 185 nairaya (0,24 dollar) satılan yanacağın qiymətinin 620 nairaya (0,82 dollar) qalxması yaşayış minimumunun artmasına səbəb olub.
Əfsanə Rəcəb Demokrat.az


