Dünya

Qəzzada həlak olan jurnalistlərin sayı 165-ə çatdı

Qəzzada həlak olan jurnalistlərin sayı 165-ə çatdı

Qəzza zolağında daha iki jurnalist həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin hökumətinin media qurumu məlumat yayıb.

Bildirilir ki, İsrail ordusunun zərbələri zamanı "Əl-Cəzirə" kanalının müxbiri İsmayıl əl-Gül və operatoru Rami er-Rifi həyatını itirib.

Onların avtomobili Şati Qaçqınlar Düşərgəsinə gedən zaman atəşə məruz qalıb.

Məlumata görə, Qəzza zolağında həyatını itirən jurnalistlərin sayı 165-ə çatıb.

NE
Nihadə Eyyubova