Dünya Özəl

Bu ölkədə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 148-ə çatdı

Bu ölkədə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 148-ə çatdı

Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyi bildirilib.

Demokrat.az xəbər verir ki, bu barədə dünən Kerala əyalətinin rəsmiləri açıqlama veriblər.

Səlahiyyətlilər, axtarış-xilasetmə işlərinə Hindistan ordusundan təxminən 600 personalın qatıldığını bildirib.

Matəm elan edilən Kerala əyalətinin səlahiyyətliləri yüzlərlə itkin düşmüş şəxsin axtarışlarının davam etdiyini və leysan səbəbindən bölgədəki təhsil müəssisələrinin bu gün bağlanılacağını açıqlayıb.

Hindistan Milli Konqres Partiyasının prezidenti Mallikarjun Kharge də Vayanaddakı sürüşmələri "milli fəlakət" kimi qiymətləndirib.

Hindistanın baş naziri Narendra Modi X hesabında, "Dualarım yaralananlarla və yaxınlarını itirənlərin hamısı ilədir" deyib.

Zəhra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova