Dünya Özəl

Ledi Qaqanın baş rol aldığı "Joker”in ilk treyleri yayımlandı

Ledi Qaqanın baş rol aldığı Joker”in ilk treyleri yayımlandı

Baş rollarda aktyor Xoakin Feniks və məşhur müğənni Ledi Qaqanın çəkildiyi "Joker: Folie A Deux" filminin treyleri yayımlanıb.

Demokrat.az xəbər verir ki, Ledi Qaqa 2019-cu ildə 1 milyard dollar gəlir əldə edən Coker filminin davamında Harley Quinn obrazını canlandırır.

Arkham Ruhi Xəstəxanasından qaçdıqdan sonra Harley Quinn və Artur Fleck (Joker) Gotham City-i ələ keçirərək bir-birlərinə aşiq olurlar.

Film oktyabrın 4-də təqdim olunacaq. Treylerdə ikilinin harmoniyası fanatların xoşuna gəlib. Filmin ilk istehsalı Feniksə Oskar qazandırıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova