Dünya Özəl

Netanyahunu bir tək o alqışlamadı

Netanyahunu bir tək o alqışlamadı

ABŞ Konqresində çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu dəqiqələrlə alqışlarla qarşılansa da, zalda olan konqresin Fələstin əsilli yeganə nümayəndəsi Rəşida Tlaib onlara qoşulmayıb.

Demokrat.az xəbər verir ki, Netanyahunun çıxışı zamanı Tlaibin əlində tutduğu “müharibə cinayətkarı” yazılmış kiçik pankart da kameralara düşüb və sosial mediada böyük dəstək qazanıb.

Raşida Tlaib sosial media hesabındakı paylaşımında Netanyahunun Konqres zalında ayaqda alqışlanmasına “Mən də orada idim və bu iyrənc idi” və “Hakimiyyətə həqiqəti danışmaqdan heç vaxt geri çəkilməyəcəyəm. İsrailin aparteid hökuməti fələstinlilərə qarşı soyqırım törədir” sözləri ilə cavab verib.

Qeyd edək ki, minlərlə insan konqres binası qarşısında etiraz aksiyası keçirərkən Netanyahu içəridəki 1 saatlıq çıxışında “Refahdə heç bir mülki vətəndaş öldürülməyib” deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova