Dünya Özəl

4 qolu, 4 ayağı və 2 üzü ilə doğulan körpə şoka saldı

4 qolu, 4 ayağı və 2 üzü ilə doğulan körpə şoka saldı

Hindistanda 4 qolu, 4 ayağı və 2 üzü ilə doğulan körpə hər kəsi şoka salıb.

Demokrat.az xəbər verir ki, 38 yaşlı Rama Devi adlı qadında doğuş sancıları yarandığı üçün kənd rayonlarından birində xəstəxanaya yerləşdirilib.

Ramanın körpəsi 4 qolu, 4 ayağı və iki üzü ilə dünyaya gəlib.

Körpənin hələ inkişaf etməmiş ayaq və qollarının döş qəfəsindən çıxdığı görülüb.

Yeni doğulan körpə cəmi 5 saat sağ qalıb.

Həkimlər körpənin qidalana bilmədiyini və bunun çox nadir bir hal olduğunu vurğulayıblar.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova