Dünya Özəl

ABŞ Konqresində etirazçılar saxlanıldı

ABŞ Konqresində etirazçılar saxlanıldı

ABŞ Konqresində Netanyahu əleyhinə etirazçılar saxlanılıb.

Demokrat.az xəbər verir ki, çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonda ABŞ Konqresindəki çıxışından əvvəl bir sıra etirazçılar Konqresin binasında oturaq aksiya keçirib.

Nəticədə çox sayıda etirazçı həbs olunub.

Fələstin tərəfdarları Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün Konqres binasındakı ofisinin içərisinə toplaşıblar.

Netanyahuya atəşkəs razılaşması və HƏMAS-ın saxladığı girovları evlərinə qaytarması üçün təzyiq göstəriblər.

Zehra Məmmədova Demokrat.az

D
demokrat.az