Xorvatiyanın şimal-qərbində, Slavoniyanın Daruvar bölgəsində qocalar evinə silahlı hücum olub.
Demokrat.az xəbər verir ki, hücumçunun anası da daxil olmaqla 6 nəfəri güllələyərək öldürdüyü, 6 nəfəri isə yaraladığı bildirilib.
Polis tərəfindən yaxalanan hücumçunun müharibə veteranı olduğu öyrənilib.
Xorvatiya prezidenti Zoran Milanoviç açıqlamasında hücumun görünməmiş və amansız cinayət olduğunu vurğulayaraq reaksiya verib.
Ölənlərdən birinin qocalar evinin işçisi olduğu qeyd edilib.
Yaralılardan 4-nün vəziyyəti ağır olaraq qalır.
Əfsanə Rəcəb Demokrat.az


