Dünya Özəl

Uels şahzadələri şəxsi köməkçi axtarırlar — Şərtlər

Uels şahzadələri şəxsi köməkçi axtarırlar — Şərtlər

Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middltonun ofislərinin yerləşdiyi Kensinqton sarayının internet səhifəsində bir iş elanı diqqət çəkib.

Demokrat.az xəbər verir ki, elanda ən vacib tələb namizədlərin yaxşı səviyyədə Uels dilini bilməsi olub.

"Uels və Birləşmiş Krallıqda özəl katibin köməkçisi" başlıqlı elanda bu işin "Uels, Şotlandiya və Şimali İrlandiyada əksər ictimai işlərin planlaşdırılması və həyata keçirilməsi" ilə bağlı olacağı bildirilib.

Qəbul edilən şəxsin işin tədbir planlaşdırılması aspektindən əlavə ictimaiyyətlə əlaqələr və brend idarəçiliyi vəzifələri də olacaq.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova