İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 mini keçib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Açıqlamada hücumlarda həyatını itirənlərin sayının 39 min 6-ya, hücumlarda yaralananların sayının isə 89 min 818-ə yüksəldiyini açıqlayıb.
Son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 23 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı bildirilib.
Əfsanə Rəcəb Demokrat.az


