ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 20 iyul 1969-cu ildə Aya eniş edən Apollon 11-in 55-ci ildönümü öncəsi layihəni ləğv etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, indiyə qədər layihəyə 450 milyon dollar xərclənib.
Layihənin ləvğ edilməsinə səbəb xərclərin artması və buraxılış gecikmələri olub.
Qeyd edək ki, NASA, Uçucuları Tədqiq edən Qütb Kəşfiyyatı Rover (VIPER) adlı layihəni Ayın cənub qütbündə buz və digər resursları araşdırmaq üçün hazırlanmışdı.
2023-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılan VIPER-in təqdimat tarixi 2025-ci ilin sentyabrına təxirə salındıqda layihənin dəyəri 609,6 milyon dollara yüksəlmişdi.
Əfsanə Rəcəb Demokrat.az


