Dəməşq və Suriyanın digər şəhərlərində Xalq Şurasına (birpalatalı parlament) seçkilərdə səs vermək üçün 8 mindən çox seçki məntəqəsi açılıb.
Demokrat.az xəbər verir ki, Suriya Seçkilərə Nəzarət üzrə Ali Məhkəmə Komitəsinin (seçki komitəsinin) məlumatına görə, ölkənin bütün regionlarını təmsil edən 1516 namizəd 250 deputat mandatı uğrunda mübarizə aparır.
Proqnozlara görə, səsvermənin sonunda parlamentin tərkibi 50%-dən çox yenilənə bilər.
Qeyd edək ki, 2020-ci il seçkilərində qalib gələn Milli Birlik koalisiyası əhali tərəfindən dəstəklənir. Onun siyahısına hakim Ərəb Sosialist İntibah Partiyasından (PASV) 168 və Mütərəqqi Milli Cəbhədən onunla müttəfiq təşkilatlardan 16 namizəd daxildir. Respublika prezidenti Bəşər Əsəd 1963-cü il martın 8-də hakimiyyətə gələn PASV-nin baş katibidir.
Şahanə Demokrat.az


