Gündəm

Ceyhun Məmmədov: “Vətəndaşlar seçkilərdə iştirakın əhəmiyyəti haqda maarifləndirilir”

Ceyhun Məmmədov: “Vətəndaşlar seçkilərdə iştirakın əhəmiyyəti haqda maarifləndirilir”

“Növbədənkənar parlament seçkilərinə yüksək səviyyədə hazırlıq gedir. Seçkilərin şəffaf keçirilməsi üçün dövlət gərəkən bütün addımları atır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan üçün bu seçkinin böyük əhəmiyyəti var:

“Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası seçkiyə hazırlıqla bağlı öz üzərinə düşəni edir, fəal şəkildə iş aparır. Vətəndaşlar seçki prosesi ilə bağlı məlumatlandırılır və seçkilərdə iştirakın əhəmiyyəti haqda maarifləndirilir. Dövlətin seçkiyə yanaşması və mövqeyi önəmlidir. Azərbaycanın böyük seçki təcrübəsi var. Hər zaman olduğu kimi bu seçki də tam şəffaf keçiriləcək, qanun pozuntularına yol verilməməlidir. Biz demoktratik imicimizi növbəti dəfə təsdiq etməliyik və bütün dünyaya göstərməliyik ki, Azərbayanda hər şey beynəlxalq qaydalara uyğun həyata keçirilir. Əminəm ki, dövlətimiz bu dəfə də bu missiyanın öhdəsindən layiqincə gələcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova