ABŞ Daxili Təhlükəsizlik Departamenti son həftələrdə keçmiş ABŞ lideri Donald Trampın məxfi xidmətdən təhlükəsizliyini artırmaq üçün onun tələbini rədd edib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Federalist” jurnalı Trampın təhlükəsizliyinin adının açıqlanmayan nümayəndəsinə istinadən yazıb.
Jurnal ondan sitat gətirib: “Trampın təhlükəsizlik komandası həftələrdir ki, onun müdafiəsini gücləndirmək və imkanlarını artırmaq istəyir, lakin Prezident Co Baydenin Daxili Təhlükəsizlik Departamenti onun tələblərini dəfələrlə rədd edib”.


