Gündəm Özəl

Məhərrəmlikdə toy etmək olar? — İlahiyyatçı AÇIQLADI...

Məhərrəmlikdə toy etmək olar? — İlahiyyatçı AÇIQLADI...

“Elə yerlər var ki, orda Aşura günü toy edirlər. Qəsdən etmirlər, sadəcə orada Məhərrəm ayında matəm ənənəsi yoxdur. Ancaq o yerdə ki, bu ayda qəmginlik, İmamın şəhadətinin xatirəsi hüznlə yad edilir, gərək başqaları da ona inanmasa belə, ehtiram etsinlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O, nikah kəsdirmək, çalğısız, musiqisiz, içkisiz toy məclisləri etməyin qəbahət olmadığını bildirib:

“Ancaq tutaq ki, Aşura gününə çalğılı toy salmaq düzgün deyil. Bir tərəfdə ağı deyib ağlayan adamlar, digər tərəfdə də toydan çıxıb ayaq üstə dura bilməyən adamlar. Təzadlı mənzərədir! Şənlik etmədən, günah işlərə yol vermədən edilən nikah, nişan mərasiminin eybi yoxdur, əgər zəruridirsə, etmək olar”.

Məhərrəmlikdə toy etmək olar? — İlahiyyatçı AÇIQLADI...

Ekspert vurğulayıb ki, İslam dinində matəm ayı, matəm günü yoxdur:

“Peyğəmbərin ənənəsində də yoxdur. Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır. Bu ayda bir çox əlamətdar, tarixi hadisələr var verib. Həmçinin Peyğəmbərin əziz nəvəsi İmam Hüseyn bu ayın 10-cu günü şəhadətə yetib. Peyğəmbər Əhli-Beytinə qarşı o dövrki Kufə əhalisi və dövrün xəlifəsi Yezid tərəfindən genosid törədilib. Belə hadisələr daha sonralar da baş verib.

İmam Həsənin nəvəsi Nəfsuzzəkiyyə və onun yaxınlarına qarşı da eyni hadisə törədilib. Bir qədər sonra İmam Hüseynin nəvəsi İmam Zeydə qarşı da eyni cinayətlər törədilib. Burada yalnız İmam Hüseynin şəhadət ayının önə çəkilməsi həm faciənin daha dəhşətli olması, həm də kənar siyasi müdaxilələrin olması ilə əlaqədardır. Hər bir halda İslam dini ürf adlandırdığı adətlərə də dinə müxalif olmadıqca qarşı çıxmır, bəzən də təqdir edir. Əgər İmam Hüseynin şəhadət tarixinin anımı cəmiyyətə ruh yüksəkliyi, vətənpərvərlik, milli cəsarət bəxş edirsə bunu təbii ki, qeyd etmək lazımdır. Ancaq dinin yol verdiyi qaydalar çərçivəsində və harama yol vermədən, özünü döymədən, zəncir vurmadan, baş yatmadan, küfr və günah sözlərlə mərsiyə söyləmədən.

İslam dininə, Qurana uyğun tədbirlər təşkil edib İmamı yad etmək gözəl və savabdır. Toy etmək olmaz deyə qadağa yoxdur. Sadəcə əgər bu hadisənin il dönümü qeyd edilirsə gərək şənlik, şadlıq, toy, bayram məclisini də gətirib eybi zamana salmaq doğru deyil.

Tutaq ki, İslamda matəm yoxdur. Ancaq fakt bu ayda matəmi qeyd edən milyonlarla insan var, ən azı buna ehtiram etmək lazımdır. Çünki hər kəsin inancına hörmət etmək də dinin əmridir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az