Dünya Özəl

Maskdan Bayden açıqlaması: “Səhhəti haqqında yalan danışdılar”

Maskdan Bayden açıqlaması: “Səhhəti haqqında yalan danışdılar”

İlon Mask canlı yayımda ABŞ prezidenti Co Baydenin çıxışı ilə bağlı müzakirələrdə iştirak edib və medianın Baydenin səhhəti ilə bağlı yalan danışdığını bildirib.

Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Mask ABŞ prezidenti Co Baydenin çıxışı ilə bağlı müzakirələrdə iştirak edib və medianın Baydenin səhhəti ilə bağlı yalan danışdığını bildirib.

Demokrat.az xəbər verir ki, Mask, X hesabında canlı yayımdan əvvəl Baydenin səhhətinin yaxşı olduğunu bildirən ABŞ mediasının açıqlamalarını toplayan video paylaşıb.

Mask, "Az qala bütün medianın eyni yalanı eyni sözlərlə təkrarlaması narahatedicidir" deyib.

Mask “Köhnə xəbərlər təkcə saxta deyil, həm də qeyri-mümkün olaraq saxtadır! Əgər həqiqəti bilmək istəyirsinizsə, X-də qalın" deyə qeyd edib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova