Dünya Özəl

Malavinin vitse-prezidenti dünyasını dəyişdi

Malavinin vitse-prezidenti dünyasını dəyişdi

Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Malavi prezidentinin ofisindən məlumat verilib.

Məlumata görə, Çilima və 9 sərnişinini daşıyan hərbi təyyarə qəzaya uğrayıb.

Açıqlamada Çilimanın və təyyarədəki 9 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə itmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova