Dünya Özəl

“Boeing”in “Starliner” servisi ilk dəfə kosmosa çıxdı

“Boeing”in “Starliner” servisi ilk dəfə kosmosa çıxdı

“Boeing” avia şirkəti Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Starliner” servisini ilk dəfə kosmosa göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 2 NASA astronavtı olan “Starliner” Florida ştatındakı Kanaveral burnundan kosmosa buraxılıb.

Beləliklə, “Starliner”in ilk ekipaj uçuşu başlayıb.

Astronavtları Batç Uilmor və Sani Uilyams, Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.

Qeyd edək ki, uçuş uğurlu olarsa, NASA “Starliner”ə BKS-ə müntəzəm səfərlər etməyə icazə verə bilər.

Aysu Demokrat.az

D
demokrat.az