Dünya Özəl

İndoneziyada daha bir vulkan püskürməsi baş verdi

İndoneziyada daha bir vulkan püskürməsi baş verdi

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanında daha bir püskürmə baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə İndoneziya Geologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, püskürmə təxminən 2 dəqiqə davam edib.

Nəticədə 5 min metrə qədər yüksələn tüstünün əmələ gəlib.

Səlahiyyətlilər insanlara vulkandan ən azı 7 kilometr uzaqlaşmaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İbu vulkanı sonuncu dəfə iyunun 2-də püskürüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova