Dünya Özəl

BMT bütün ölkələri “Fələstin dövlətini tanımağa” çağırıb

BMT bütün ölkələri “Fələstin dövlətini tanımağa” çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri bütün ölkələri “Fələstin dövlətini tanımağa” çağırıblar.

Demokrat.az xəbər verir ki, BMT-nin bu barədə bəyanatında deyilir:

“Bütün ölkələr BMT-yə üzv olan 146 ölkədən nümunə götürməli, Fələstin dövlətini tanımalı və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün əllərində olan bütün siyasi və diplomatik resurslardan istifadə etməlidirlər”.

Bəyanatda bildirilib ki, bu tanınma Fələstin xalqının hüquqlarının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin, çəkdiyi əziyyətlərin qarşılığıdır:

“Fələstin öz müqəddəratını təyin etmə hüququna, o cümlədən təhlükəsiz bir xalq olaraq mövcud olmaq və sərbəst inkişaf etmək qabiliyyətinə malikdir.

Fələstinin dövlət kimi tanınması, dünyada davamlı sülh üçün ilkin şərtdir.

Bu yaxınlarda Norveç, İrlandiya və İspaniya tərəfindən işğal olunmuş Fələstin ərazilərinin dövlət kimi tanınması müsbət qarşılanıb.

Həmçinin mayın 28-dən etibarən Fələstinin BMT-yə üzv ölkələrin əksəriyyəti tərəfindən tanınıb. Yerdə qalan digər ölkələrdən də eyni addımı gözləyirik”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova