Dünya Özəl

ABŞ-də üçüncü quş qripi halı aşkarlandı

ABŞ-də üçüncü quş qripi halı aşkarlandı

ABŞ-də insanlarda üçüncü quş qripi (A qripi) aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ-ın Miçiqan ştatında görülən ikinci A(H5N1) qripi hadisəsidir.

Aprel ayında isə Texasda daha bir insanda quş qripi aşkarlanıb.

Səlahiyyətlilər, hər üç hadisənin inəkdən insana yoluxduğunu bildirib.

Həmçinin, bunun, inəklərlə yaxın əlaqədə olan ferma işçiləri ilə əlaqəli olduğunu söyləyiblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova