Dünya Özəl

Ərdoğan Macarıstanın Baş naziri ilə danışdı

Ərdoğan Macarıstanın Baş naziri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Müdirliyi məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Türkiyə ilə Macarıstan münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Macarıstana Avropa Birliyinə sədrlik müddətində uğurlar arzulayıb.

Həmçinin, Türkiyənin Avropa Birliyinə üzvlük prosesində Macarıstanın dəstəyinin vacib olduğunu bildirib.

Ölkə başçısı görüş zamanı Viktor Orbanı ad günü münasibətilə təbrik edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova