Dünya Özəl

Z nəsli daha sürətli qocalır

Z nəsli daha sürətli qocalır

1997-2012-ci illər arasında doğulanlar daha tez qocalır.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-nin Vaşinqton Universitetində keçirilən konfransda hesabat yayımlanıb.

Hesabatda Z nəslinin gənc olmasına baxmayaraq ağciyər, mədə, bağırsaq və uşaqlıq yolu xərçənglərinin tez-tez görüldüyü ifadə edilib.

Bu vəziyyətin gənclərin daha sürətli hüceyrə yaşlanması ilə bağlı olduğu bildirilib.

Erkən yaşlanma səbəblərinə sosial media və texnoloji vasitələrdən həddən artıq istifadə də aid edilib.

Həmçinin, gənc nəslin hərəkətsiz olduğu və daha az fiziki fəaliyyət göstərdiyi açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova