Dünya

"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırdı

Çelsi klubu baş məşqçisi ilə yollarını ayırdı

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Mauritsio Poçettino ilə yollarını ayırıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Argentinalı çalışdırıcı 2023-cü ildə "zadəganlar"ın sükanı arxasına keçmişdi.

Qeyd edək ki, cari mövsüm "Çelsi" İngiltərə Premyer Liqasını 63 xalla altıncı sırada bitirib.

D
demokrat.az