Polşada Rusiyanın sifarişi ilə təxribat və diversiya törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Task açıqlama verib.
O bildirib ki, saxlanılan şəxslər Ukrayna, Belarus və Polşa vətəndaşlarıdır:
“Hazırda həbsdə olan 9 nəfər var və onlar Rusiya xidmətlərinin tələbi ilə Polşada birbaşa təxribat törətməkdə ittiham olunurlar.
Ukrayna, Belarus və Polşa vətəndaşları olan bu şəxslər bir çox aksiyalarda iştirak ediblər”.
Aysu Demokrat.az


