Əlcəzairin paytaxtı Əlcəzairdə məktəblilərin çimərlik gəzintisi faciə ilə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Birliyi açıqlama yayıb.
Bildirilib ki, bir qrup məktəbli paytaxtdakı Muntazah Es-Sablat çimərliyinə gedib.
Şagirdlərdən 5-i suda boğularaq həyatını itirib.
2 uşağın isə reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.
Rəsmi məlumatlara görə, 2023-cü ildə ölkənin çimərliklərində və su kanallarında 200-dən çox insan həyatını itirib.
Aysu Demokrat.az


