Niderlandı təmsil edən müğənni Joost Klein "Avroviziya" Mahnı Müsabiqəsindən uzaqlaşdırılıb.
Demokrat.az-ın İsveçdəki xüsusi müxbiri xəbər verir ki, dünən məşqlərdə çıxış etməyən Niderland bugün Avropa Yayım İttifaqı (EBU) tərəfindən diskvalifikasiya olunub. Diskvalifikasiyanın səbəbi tam məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, hadisəyə səbəb artistin fotoqrafla mübahisəsi və məsələnin polisə qədər böyüməsi göstərilir.
Bundan əlavə bugün bir neçə ölkə bayraq paradına çıxmayıb. Bunların arasında İrlandiya, İsveçrə, Yunanıstan olub. Həmçinin EBUiləmübahisə edən irlandiyalı artist öz məşqinə gecikdiyinə görə məşqdə iştirak etməyib və instagram vasitəsilə izləyicilərdən üzr istəyib.
Qeyd edək ki, Klein ölkəsini yarışmada "Europapa" mahnısı ilə təmsil edirdi. O, finala vəsiqə qazananlar arasında yer alırdı.
Tural Abdulla İsveç, Malmö


