Maliyyə

“Qala Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağının iclasını çağırdı

“Qala Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağının iclasını çağırdı

İyunun 13-ü, saat 12:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının növbəti Ümumi Yığıncağı çağrılır.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

* “Qala Sığorta” ASC-nin 2023-cü il üzrə illik ümumi və maliyyə hesabatlarının təsdiqi; * “Qala Sığorta” ASC-nin strateji baxış və missiya bəyanatının müzakirəsi;

* İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.

Səhmdarlar növbəti ümumi yığıncağının gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.

Demokrat.az

D
demokrat.az